Danimarka və Böyük Britaniyanın dəniz üzərində qazma işləri aparan şirkətinin birləşməsindən sonra, Azərbaycandakı şirkəti də adını dəyişib.
Bildirək ki, Danimarka kapitallı “Mearsk Drilling” şirkəti 20 ilə yaxındır Azərbaycanda fəaliyətdədir və o, törəmə şirkəti ilə fəaliyət göstərir. 2022-ci ilin son rübündə açıqladılar ki, “Maersk Drilling” (37 266 530 səhm ilə) və B.Britaniyanın “Noble Corporation” şirkətləri birləşəcək. Şirkətlərin birləşməsindən sonra onun adı “Noble Drilling” olaraq qeydiyyata alınacaq.
Bu birləşmədən sonra, 2003-cü ildən Azərbaycanda fəaliyyətdə olan “Mearsk Drilling Services Azerbaijan” MMC də rebrendinq etməklə “Noble Drilling Services Azerbaijan” MMC-yə çevrilib.
“Noble Drilling Services Azerbaijan” MMC 125 000 ABŞ dolları dəyərində nizamnamə kapitalına sahibdir. Onun baş icraçı direktoru Edvard Pol Fitçceralddır (Edward Paul Fıtzgerald).