Bu ilin yanvar-sentyabr ayları ərzində Azərbaycanda xarici kreditlәrdәn istifadәyә görә 289,7 mln.dollar (ötən ilin müvafiq dövrü ilə müqayisədə 42,2 mln. dollar və ya 13% az) faiz ödənişi edilib.
Banker.az bildirir ki, bu barədə Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir.
“Hesabat dövründә neft-qaz sektoru üzrә 1,8 mlrd.dollar kәsir, qeyri-neft sektoru üzrә isә 307,2 mln.dollar profisit olub. Nәticәdә ilkin gәlirlәr balansında kәsir ötən ilin müvafiq dövrünə nisbətən 18% artaraq 1,5 mlrd.dollar tәşkil edib. İlkin gәlirlәr üzrә daxilolmaların vә ödәnişlәrin ümumi dövriyyәsi 4 mlrd. dollar olub. Bunun 68,5%-i (2,7 mlrd.dollar) Azәrbaycandan qeyri-rezidentlәrә ödәnişlәr tәşkil edir. Bu mәblәğin isә әsas hissәsini (1,8 mlrd.dollar) beynәlxalq neft-qaz konsorsiumları üzrә xarici investorların payına düşәn gәlirlәrin repatriasiyası (әsasәn xam neft şәklindә), qiymәtli kağızlar portfeli üzrә qeyri-rezidentlәrә ödәnilәn faizlәr (358 mln.dollar) vә xarici kreditlәrdәn istifadәyә görә ödәnilәn faizlәr (289,7 mln.dollar) tәşkil edir”, – deyə AMB-nin məlumatında qeyd olunub.