1 C
Baku
Saturday, December 14, 2024

Azərbaycanda xarici valyutada depozitlər ucuzlaşır, kreditlər isə bahalaşır

Azərbaycanda 2020-ci ilin ilk ayları ərzində dollarla cəlb olunan əmanətlərin faizləri düşüb, verilən kreditlərin isə fiazləri artıb. Görünür Azərbaycan Mərkəzi Bankının 31 yanvar 2020-ci il tarixində faiz dərəcələrinin endirilməsi bircə depozitlərin ucuzlaşmasına təsir edə bilib, kreditlərdə isə bahalaşma var.

Banker.az bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu buarədə icmal göstəricilərdə deyilir.

1 mart 2020-ci il tarixinə xarici valyutada cəlb olunan depozit faizlərinin dərəcələri 1,17% təşkil edib. Öncəki ayda bu 1,44% təşkil etdiyini nəzərə alsaq son bir ayda 19 faizlik ucuzlaşma hiss edilir. Milli valyuta manatda isə depozitin orta faiz dərəcəsi 8,38%-dən 7,91%-ə qədər enməli olub.

Kredit təşkilatları tərəfindən müştərilərə verilən kreditin orta faiz dərəcəsi milli valyutada 17,42 faizə qədər ensə də, xarici valyutada 5,03%-dən 5,50%-ə qədər bahalaşmalı olub.

 

Son xəbərlər
Digər xəbərlər