11 C
Baku
Tuesday, November 26, 2024

Azərbaycanda xarici valyutanın satışı ilə bağlı yeni qərar qəbul olunub

Fiziki və hüquqi şəxslərin mülkiyyətində olan xarici valyuta vəsaitlərinin dövriyyəyə qayıtmasını asanlaşdırmaq məqsədilə Azərbaycan Mərkəzi Bankının İdarə Heyəti “Mübadilə şöbələrinin təşkili və mübadilə əməliyyatlarının aparılması Qaydaları”nda dəyişikliyi təsdiq edib.

Dəyişikliyə əsasən, “Mübadilə şöbələrinin təşkili və mübadilə əməliyyatlarının aparılması Qaydaları”nın 8.5-ci bəndi aşağıdakı redaksiyada verilir:

“8.5. Mübadilə şöbəsində nağd xarici valyutanın və xarici valyutada yol çeklərinin bir müştəriyə 500 (beş yüz) ABŞ dollarına ekvivalent məbləğdən artıq satılması, habelə bir müştəridən 10000 (on min) ABŞ dollarına ekvivalent məbləğdən artıq alınması şəxsiyyəti təsdiq edən sənəd əsasında aparılır.”.

Son xəbərlər
Digər xəbərlər