Azərbaycana 2022-ci ilin aprelində gəlmiş 55 min turizm məqsədi ilə əcnəbilər gəlib, bunların da 14%-i ölkədəki xidmətdən “narazı” qalıb.
Bu barədə Banker.az-a rəsmi rəqəmlərlə tərtib etdiyi siyahıya istinad edir.
Ölkəyə gələn turistlərdən 8 minə qədəri ona göstərilən xidməti qənaət-bəxş hesab etməyib. Dövlət Statistika Komitəsinin təqdim etdiyi siyahı üzrə hesablamalar göstərib ki, xidmətdən ən narazı olan turistlər Avropa ölkələrindəndir.
Belə ki, Moldovadan gələn 172 turistin 37-si ölkədəki xidmətdən razı qalmamış ki, bu da cəmdə 22% paya sahib olması deməkdir.
İkinci sırada 21% ilə Macarıstan, Rumıniya, Litva, Bolqarıstan və Bəhreyndir.
Üçüncü sırada Qırğızıstan, Norveç, Yəmən, BƏƏ və Filippindir.
Ölkədə ən az xidmətdən narazı qalan 13% ilə Belarus, Türkiyə, Gürcüstan və Türkmənistandır.