12 C
Baku
Saturday, November 23, 2024

Azərbaycanda xüsusi gömrük prosedurları çərçivəsində əməliyyatların uçotu yazılı və elektron olacaq

Nazirlər Kabineti 12 iyul 2013-cü il tarixli qərarı ilə təsdiq edilmiş “İcazə sahibi, prosedur sahibi, habelə sərbəst zonada malların saxlancı, istehsalı, emalı, alqı-satqısı ilə məşğul olan şəxslərin öz əməliyyatlarının uçotunu aparması Qaydaları”nda dəyişiklik edib.

Banker.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb.

Qərara əsasən, xüsusi gömrük prosedurları çərçivəsində həyata keçirilən əməliyyatların uçotunun yazılı forma ilə yanaşı elektron formada aparılması imkanının yaradılması nəzərdə tutulur.

Son xəbərlər
Digər xəbərlər