Bu gün pensiyaçıların 90%-i sosial sığorta əsaslı pensiya alır.
Bu fikirləri əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev parlamentin Əmək və sosial siyasət komitəsinin mayın 22-də keçirilən iclasında çıxışı zamanı deyib.
Nazirin sözlərinə görə, xüsusi şərtlərlə pensiya alanların göstəricisi isə təxminən 10%-dir: “Onların pensiyası sosial sığorta kapitalı ilə deyil aldıqları əməkhaqqının faizi ilə ölçülür”.