Cari ilin yanvar ayında əvvəlki aya nisbətən ayrı-ayrı ərzaq məhsullarından daha çox
bahalaşma manna yarmasının, düyünün, unun, peçenyenin, qoyun və toyuq ətinin, balıq
konservlərinin, südün, xamanın, pendirin, narın, almanın, heyvanın, naringinin, bananın,
xiyarın, pomidorun, soğanın, kartofun, yerkökünün, şəkər və şəkər tozunun, konfetlərin,
çayın, kola içkisinin, arağın, ucuzlaşma isə əsasən qarabaşaq yarmasının, mərcinin,
günəbaxan yağının, portağalın, limonun və kələmin qiymətlərində müşahidə olunmuşdur.
Digər ərzaq məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməmişdir.
Banker.az bu barədə DSK-ya istinadən xəbər verir.
2023-cü ilin yanvar ayında qeyri-ərzaq məhsulları üzrə istehlak qiymətləri indeksi
əvvəlki aya nisbətən 101,1 faiz təşkil etmişdir. Cari ilin yanvar ayında əvvəlki ayla
müqayisədə qeyri-ərzaq məhsullarından daha çox bahalaşma işıq lampalarının, sintetik
yuyuсu vasitələrin, diş pastalarının, sabunların, şampunların, dərman vasitələrindən
analginin, ucuzlaşma isə əsasən kəsilmiş taxtaların, yağlı boyaların, sementin və yazı
kağızlarının qiymətlərində müşahidə olunmuşdur. Digər qeyri-ərzaq məhsullarının
qiymətlərində ciddi dəyişikliklər baş verməmişdir.
2023-cü ilin yanvar ayında əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə istehlak
qiymətləri indeksi əvvəlki aya nisbətən 100,5 faiz təşkil etmişdir. Cari ilin yanvar ayında
əvvəlki ayla müqayisədə əhaliyə göstərilmiş ödənişli xidmətlərdən daha çox bahalaşma
mobil telefonlarla danışıq haqlarında, məişət cihazları, minik avtomobilləri və mənzillərin
təmiri, stomatoloji, ictimai iaşə, bərbərxana və kosmetoloji xidmətlərin qiymətlərində,
ucuzlaşma isə hava nəqliyyatı ilə beynəlxalq sərnişindaşıma xidmətlərinin qiymətlərində
müşahidə olunmuşdur. Digər ödənişli xidmətlərin qiymətlərində ciddi dəyişikliklər baş
verməmişdir