-1 C
Baku
Friday, February 21, 2025

Azərbaycanda yanvarda geyim istehsalı 43% azalıb

2025-ci ilin yanvar ayında Azərbaycanda 6.8 milyon manatlıq geyim istehsal edilib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 43.3% azdır.

Banker.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Toxuculuq sənayesi, geyim, dəri və dəridən məmulatların, ayaqqabıların istehsalı sahələrində 57.6 milyon manat dəyərində məhsul istehsal edilmiş, əvvəlki ilin yanvar ayı
ilə müqayisədə toxuculuq sənayesində 39.2 faiz, dəri və dəridən məmulatların, ayaqqabıların istehsalında 12.2 faiz artım olub.

Hesabat dövründə Azərbaycanda üst geyim istehsalı 77,3 min ədəd (1 il əvvələ nisbətən 2 dəfə çox), corab məmulatları istehsalı 111,2 min cüt (44.6% az), kişi və ya oğlanlar üçün pambıqdan və ya kimyəvi liflərdən hazırlanan istehsalat və peşə komplektləri istehsalı 134,6 min ədəd (57.4% az) təşkil edib.

Son xəbərlər
Digər xəbərlər