8 C
Baku
Friday, March 29, 2024

Azərbaycanda yaradılmış ilk özəl ekoloji şirkətlərdən biri ləğv olunub

Bakı şəhərində yaradılmış müstəqil özəl ekoloji şirkət ləğv olunub.

Banker.az xəbər verir ki, “Acep” Məhdud Məsuliyyətli Cəmiyyət ləğv olunduğunu elan edir.

 Kreditorlar iki ay ərzində tələblərini AZ1065 Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar prospekti, ev 20, mənzil 494 məhəllə ünvanına bildirə bilərlər.

Bildirək ki, ACEP müstəqil özəl ekoloji şirkət 1998-ci ildə Bakı şəhərində yaradılıb. Azərbaycanda yaradılmış ilk özəl şirkətlərdən biri olan ACEP şirkəti ekoloji audit və konsaltinq, ətraf mühitin qorunması və ətraf mühitə təsirin qiymətləndirilməsi üzrə geniş spektrli xidmətləri təklif edib.

Bundan əlavə şirkət digər iş növləri həyata keçirib: ətraf mühitin, quru ərazilərin və dəniz akvatoriyalarının mövcud vəziyyətinin qiymətləndirilməsi haqqında materialların toplanması və informasiya-analitik xülasə, kompleks ekoloji tədqiqatların, monitorinqlərin və auditlərin icra edilməsi, hidrogeoloji, geoloji, topoqrafik axtarışlar.

Son xəbərlər
Digər xəbərlər