2024-cü ilin yanvar-oktyabr aylarında sahələrdən 5600 ton yaş tütün yığılaraq tədarük məntəqələrinə təhvil verilib ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisindən 34% çoxdur.
Kənd Təsərrüfatı Nazirliyindən Banker.az-a verilən məlumata görə, bu il Azərbaycanın 10 bölgəsində, o cümlədən Naxçıvan Muxtar Respublikasında tütün əkinləri həyata keçirilib.
Ən çox tütün əkini Şəki-Zaqatala iqtisadi rayonunda əkilib, ölkə üzrə tütün əkinlərinin təxminən 90 faizə yaxını bu iqtisadi zonanın payına düşür.
Hazırda bölgələrdə tütün yığımı davam edir, respublika üzrə orta məhsuldarlıq 22 sentnerə çatıb ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 3,6 sentner çoxdur.