İyunun 5-də Qazaxıstan Respublikasının Konstitusiyasına əlavə və dəyişikliklərin edilməsi ilə bağlı referendum keçiriləcək.
Qazaxıstanın Azərbaycandakı səfirliyindən bildirilib ki, Qazaxıstanın 18 yaşına çatmış və aktiv səsvermə hüququna malik hər bir vətəndaşının referendumda iştirak etmək Konstitusiya hüququ var.
Qazaxıstanın Bakıdakı səfirliyindəki 262 saylı seçki məntəqəsinin seçicilər siyahısına Qazaxıstan Respublikası vətəndaşının etibarlı pasportlarına malik olan, olduğu ölkənin ərazisində daimi və ya müvəqqəti yaşayan bütün vətəndaşlar daxildir və onlar səs verəcəklər.
Seçki məntəqəsi seçki günü yerli vaxtla səhər saat 07:00-dan axşam saat 20:00-dək açıq olacaq.