12 C
Baku
Monday, November 18, 2024

Azərbaycanda yaşayan Türkiyə vətəndaşlarının səsverməsi başa çatıb

Azərbaycanda yaşayan Türkiyə vətəndaşlarının səsverməsi başa çatıb.

Bu barədə Türkiyənin ölkəmizdəki səfirliyindən bildirilib.

Qeyd olunub ki, seçkilərdə yüksək aktivlik müşahidə edilib. Ölkə üzrə 3 seçki məntəqəsində (Bakıda səfirlik, Gəncə və Naxçıvanda konsulluq binalarında) 15 seçki qutusu qurulub.

Xatırladaq ki, 14 mayda Türkiyədə keçiriləcək prezident və parlament seçkilərində səs vermək üçün Azərbaycanda yaşayan Türkiyə vətəndaşları 5,6,7 may tarixlərində səsvermədə iştirak edib.

Azərbaycanda 11 mindən çox Türkiyə vətəndaşı səsvermə hüququna malik olub.

MənbəApa
Son xəbərlər
Digər xəbərlər