23 C
Baku
Friday, June 6, 2025

Azərbaycanda “yaşıl enerji” layihələrinə ayrılacaq kreditin məbləği açıqlanıb

Azərbaycanda bərpa olunan enerji mənbələri ilə bağlı layihələrə kredit ayrılacaq.

Bunu Energetika Nazirliyinin tabeliyindəki Enerji Məsələlərini Tənzimləmə Agentliyinin İdarə Heyətinin sədri Samir Axundov 30-cu Yubiley Bakı Enerji Forumu çərçivəsində bildirib.

O deyib ki, Azərbaycan bərpa olunan enerji ilə bağlı üç növ layihələrə kreditlər ayıracaq: “Bura kiçik, orta və böyük ölçülü layihələr daxildir. Ən kiçik layihələrlə bağlı məbləğ 1 000 manatdır. Bu, başlanğıc nöqtəsidir”.

Ən böyük layihəyə gəlincə, S. Axundov qeyd edib ki, bu, 10 milyon manat olacaq: “10 milyon manat məbləği bizim üçün maksimumdur. Onunla bağlı güzəşt müddəti 24 aydır. Digər layihələrə baxdıqda, bu, daha aşağıdır. Biz bunu müştəriyə öz layihəsini qurmağa və ondan istifadə etməyə başlamağa imkan vermək məqsədi ilə edirik”.

O düşünür ki, 24 ay güzəşt müddəti kimi çox yaxşıdır. Ancaq Agentlik rəhbəri hələ verilən kreditin faiz dərəcəsini açıqlamaq istəməyib.

MənbəREPORT
Son xəbərlər
Digər xəbərlər