Bu ilin birinci yarısında Azərbaycanda elektrik enerjisi istehsalında “yaşıl enerji”nin payı 15%-ə yüksəlib.
Bunu energetika naziri Pərviz Şahbazov “X” sosial şəbəkəsindəki hesabında bildirib.
Məlumata görə, bu ilin birinci yarısında Azərbaycanda elektrik enerjisinin istehsalı 13 milyard 557,4 milyon kVt/saat, ixrac 444 milyon kVt/saat, idxal isə 96,4 milyon kVt/saat olub.
Nazir qeyd edib ki, birinci yarımildə İstilik Elektrik Stansiyaları üzrə 11 milyard 525 mlyon kVt/saat, su da daxil olmaqla bərpa olunan enerji mənbələrindən 950,7 milyon kVt/saat artımla 2 milyard 032,4 milyon kVt/saat elektrik enerjisi istehsal edilib.