Azərbaycanda Dünya Bankı Qrupunun “Business Ready” hesabatı üzrə “yaşıl texnologiya” onlayn platforması yaradılacaq.
Bu, hesabatın “İşçi qüvvəsi” indikatoru ilə bağlı müvafiq sahədə təkmilləşmələrin və kommunikasiyanın həyata keçirilməsinə dair 2024-cü il üzrə Yol Xəritəsində öz əksini tapıb.
Məlumata görə, “yaşıl texnologiya” onlayn bazarlarının yaradılması məqsədilə cari il ərzində müvafiq sənəd hazırlanaraq Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, Əqli Mülkiyyət Agentliyi və İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə təqdim edilməlidir.