12 C
Baku
Saturday, November 23, 2024

Azərbaycanda “yaşıl” vergilər üzrə beynəlxalq təcrübə araşdırılır

Ölkəmizdə karbonsuzlaşma və alternativ enerjiyə keçid prosesi bütün vasitələrlə, o cümlədən vergi siyasəti vasitəsilə də dəstəklənəcək.

Bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov Dövlət Vergi Xidməti ilə Avropadaxili Vergi Administrasiyaları Təşkilatının (İOTA) birlikdə keçirdiyi Karbon Qiymətqoyma üzrə Beynəlxalq Forumda çıxışı zamanı deyib.

“Vergi siyasətimiz iqtisadi və siyasi proseslərin mühüm həlqəsidir və bu effektiv alət özəl investisiyaların cəlb edilməsi, iqlim dəyişikliyinə qarşı mübarizə və “yaşıl” texnologiyalardan istifadənin genişləndirilməsində mühüm rol oynayacaq. Dövlət Vergi Xidməti ekoloji və “yaşıl” vergilərin tətbiq dairəsinin müəyyən edilməsi üzrə qabaqcıl beynəlxalq təcrübəni araşdırır” – deyə nazir əlavə edib.

MənbəAPA
Son xəbərlər
Digər xəbərlər