12 C
Baku
Saturday, November 23, 2024

Azərbaycanda yataqlardan işlənilmənin əvvəlindən hasil olunan neft və qazın həcmi açıqlanıb

İşlənmənin əvvəlindən 01.01.2023 tarixinədək Azərbaycanda quru və dənizdə yerləşən yataqlardan 2 184 150,1 min ton neft və kondensat hasil edilib.

Bu barədə SOCAR-ın illik hesabatında (2022-ci ilin nəticələrinə görə) bildirilir.

Hesabata əsasən, qeyd olunan həcmin 1 194 445 min tonu, dənizdə, 989 705,2 min tonu isə quruda yerləşən yataqların payına düşür.

Sənəddə bildirilir ki, hesabat dövründə ölkə üzrə 992 038,3 mln. kubmetr qaz hasil edilib, bunun da 852 285,1 mln. kubmetri dənizdə, 139 753,2 mln. kubmetri isə quruda yerləşəm yataqların payına düşüb.

Hesabatda qeyd olunur ki, 01.01.2023-cü il tarixinə Azərbaycan Respublikası ərazisində 81 neft-qaz yatağı aşkar edilib. Hazırda 58 yataqdan karbohidrogen hasil edilir, 23 yataq isə bu və ya digər səbəbdən işlənməyə cəlb olunmayıb və yaxud işlənməsi dayandırılıb. İşlənmədə olan 39 yataq Azərbaycanın quru, 19 yataq isə dəniz ərazisində yerləşir.

MənbəAPA
Son xəbərlər
Digər xəbərlər