Rusiya-Ukrayna müharibəsindən sonra dünya bazarlarında buğdanın qiyməti kəskin bahalaşdı. Dünya, xüsusən Avropa ərzaq böhranı riski ilə üz-üzə olduğu bir vaxtda Azərbaycanda yazlıq buğda əkininin sahəsi artırılıb.Bu ilin yaz əkinin əvvəlindən 4 160.8 ha ərazidə buğda əkilib.
Banker.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsinin yanvar-aprel aylarını əhatə edən hesabatında bildirilir.
Belə ki, bu il yaz əkinin əvvəlindən 4 160.8 ha ərazidə buğda əkilib. Hesabat dövründə buğda əkini sahəsi ötən ilin müvafiq dövrü ilə müqayisədə 2.2 dəfə artıb. Qeyd edək ki, ötən ilki göstərici də illik müqayisədə 6.6 dəfə çox idi.