14 C
Baku
Friday, November 22, 2024

Azərbaycanda yeni akademiya yaradılacaq

Gələcəkdə Bakı şəhərində fəaliyyət göstərən tibb müəssisələrinin nəzdində TƏBİB Akademiyasının yaradılması nəzərdə tutulur.

Bunu TƏBİB-in icraçı direktoru Vüqar Qurbanov Bakıda Dünyadakı Azərbaycanlı Təbiblərin Simpoziumunda deyib. O, xaricdə təhsil alıb gəlmiş həkimlərə ölkəmizdə yaradılan şərait və imkanların genişləndirilməsi barədə sualı cavablandırarkən bildirib ki, əsas məqsəd mütəxəsislər üçün TƏBİB-in nəzdində olan tibb müəssisələrində həm də elmi fəaliyyətlə məşğul ola bilmələri üçün imkanların yaradılmasıdır:

“Gələcəkdə həkimlərimiz üçün Kliniki Tibbi Mərkəzin və Bakı şəhərində fəaliyyət göstərən digər tibb müəssisələrinin nəzdində fəaliyyət göstərəcək TƏBİB Akademiyası yaratmağı düşünürük. Burada elmi fəaliyyətlə məşğul olan mütəxəssislərimiz üçün imkanlar yaradılacaq”.

“Bütün səsləndirilən təkliflər nəzərə alınacaq və çalışacağıq ki, xaricdə təhsil alıb gəlmiş mütəxəssislərimizin araşdırmalar aparması, əməliyyatlarının nəticələrini dərc etmələri üçün və s. imkanlar yaradaq”, – deyə o bildirib.

Respublika Klinik Xəstəxanasının direktoru Elviz Qasımov isə bildirib ki, bununla bağlı Azərbaycan Həkimləri Təkmilləşdirmə İnstitutu ilə müqavilə bağlanıb və mütəxəssislərimiz onların jurnallarında məqalələrini dərc edə, elmi fəaliyyətləri ilə həmin müəssisədə məşğul ola bilərlər.

“Azərbaycan Tibb Universiteti rəhbərliyi ilə də yaxın vaxtlarda müqavilə bağlanacağı gözlənilir. Eyni ilə onların da müvafiq kafedraları vasitəsilə mütəxəssislərimiz elmi fəaliyyətlərini davam etdirə biləcəklər”, – deyə o qeyd edib.

MənbəApa
Son xəbərlər
Digər xəbərlər