23 C
Baku
Sunday, September 29, 2024

Azərbaycanda yeni aqropark yaradılır

Yevlaxda aqropark yaradılacaq.

Banker.az xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyindən məlumat verilib.

Bildirilib ki, Aqroparkın ərazisində emal sahələrinin, bina və qurğuların, o cümlədən texnika parkının, müxtəlif təyinatlı anbarların və s. inşası nəzərdə tutulur.

Aqroparkın ərazisində torpaq sahələri 20 hektaradək hissələrə bölünməklə müasir suvarma sistemi qurulacaq və bu torpaq sahələri sahibkarların istifadəsinə veriləcək.

Bundan başqa, aqropark ərazisində bitkiçilik məhsullarının (bağçılıq, toxumçuluq üçün dənli bitkilər, tingçilik, istixana şəraitində tərəvəz bitkiləri və s.) əkini üçün sahələr yaradılacaq. Aqroparkın sənaye zonasında emal müəssisələri yaratmaq niyyətində olan sahibkarlara üstünlük veriləcəkdir.

 

Son xəbərlər
Digər xəbərlər