33 C
Baku
Monday, July 21, 2025

Azərbaycanda yeni badam emalı zavodu yaradılır – Fotolar

Azərbaycanda badam emalı zavodu açılacaq.

Banker.az xəbər verir ki, bu zavod “Azbadam” MMC tərəfindən yaradılır.

Bildirək ki, “AZBADAM” şirkəti hazırda ölkənin badam becərmə biznesi üzrə ən böyüyüdür. Şirkət 2016-cı ildə 5 manat nizamnamə kapitalı ilə yaradılsa da sonradan 10,45 milyon manata çatdırılıb.

“AZBADAM” şirkəti tərəfindən “Qala və Bilgəh Badam Bağları” layihəsinə 2017-ci ilin fevral ayında start verilmişdir. Bakının Qala və Bilgəh qəsəbələrində müvafiq olaraq 268 ha və 212 ha ərazidə intensiv badam bağları salıb. 300 000-dən çox əkilmiş badam tingləri Quarra, Avijor, Belona və Soleta sortlarıdır. İllik istehsal gücü 800 ton badam ləpəsidir.

Yeni yaradılan Badam Emalı Zavodunun fotolarını təqdim edirik:

az1 az2 az3 az4 az5 az6

Son xəbərlər
Digər xəbərlər