8 C
Baku
Friday, December 13, 2024

Azərbaycanda yeni Data Mərkəzi tikilir

Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin “Azerbaijan International Telecom (AzInTelecom)” Məhdud Məsuliyyətli Cəmiyyəti “DNZ Mühendislik” MMC ilə müqavilə bağlayıb.

Banker.az xəbər verir ki, müqavilədə Uptime İnstitutunun Tier 3 standartlarına müvafiq tikilən Yeni Data Mərkəzi üçün Dizel generatorların yanacaq təminatı məqsədilə yeraltı yanacaq çanləri sisteminin çatdırılması və quraşdırılmasının satın alınması nəzərdə tutulur.

Müqavilənin ümumi məbləği isə 436 min 231 manatdır.

Bildirək ki, “DNZ Mühendislik” MMC 2016-ci ildə dövlət qeydiyyatına alınıb. Bu şirkətin nizamnamə kapitalı 10 manatdır və qanuni təmsilçisi Deniz Emsen şəxsdir.

Xatırladaq ki, “AzInTelecom” MMC-nin nizamnamə kapitalı 8 146 manatdır və qanuni təmsilçisi Leyla Məmmədovadır. “AzInTelecom” MMC 2015-ci ilin iyun ayında Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin qərarı ilə yaradılıb. Onun fəaliyyət istiqamətləri Azərbaycan və xarici ölkələr arasında beynəlxalq səs trafikinin mübadiləsinin təşkili, Azərbaycana idxal olunan telekommunikasiya vasitələrinin sertifikatlaşdırılması və yeni yaradılmış data mərkəzi nəzdində “AZCLOUD” bulud xidmətlərdən ibarətdir.

 

Son xəbərlər
Digər xəbərlər