Azərbaycanda “Tier 3” səviyyəli Data mərkəzi inşa olunur.
Banker.az xəbər verir ki, Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi “AzIntelecom” MMC Uptime İnstitute təşkilatının Tier 3 standartlarına uyğun tikilən yeni Data Mərkəzinə dizel generatorlarının yanacaq təminatı məqsədilə tikinti-quraşdırma işlərinin satın alınması üçün açıq tender elan edir.
Açıq tenderdə iddiaçı qismində ixtisaslı işçi heyətinə malik olan mikro, kiçik və orta sahibkarlıq subyektləri iştirak edə bilərlər. Tender iştirakçılarına təklif edilir ki, dövlət satınalmalarının https://www.etender.gov.az/ vahid internet portalına (portal) elektron imzaları vasitəsilə daxil olsunlar və tender haqqında ətraflı məlumatı əldə etsinlər. Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi maliyyə və texniki imkanlara malik olmalıdırlar.
Tenderdə iştirak etmək istəyən təşkilatlar müəyyən məbləğdə iştirak haqqını göstərilən hesaba köçürdükdən sonra müsabiqə üçün təkliflərini portal vasitəsilə təqdim edə bilərlər. İştirak haqqı 1000 manatdır.