Yeni data mərkəzlərin inşası üzrə konsepsiyanın hazırlanması və təsdiq olunması ərəfəsindəyik.
Bunu “Azintelekom” MMC-nin İdarə heyəti sədrinin müşaviri Sadiq Yolçuyev bildirib.
“Bunlar daha böyük həcmli data mərkəzlər olacaq. Tam olaraq hökumət buludunun yerləşməsi və bütün tələblərin orada təqdim olunması mümkün olacaq”,- deyə Sadiq Yolçuyev əlavə edib.