Yeni dövlət rüsumu müəyyənləşir.
Bu, Milli Məclisin Aqrar siyasət komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Dövlət rüsumu haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.
Tütün məmulatının idxalı və istehsalını həyata keçirən sahibkarlıq subyektlərinə Tütün məmulatının idxalı və istehsalını həyata keçirən sahibkarlıq subyektlərinin Reyestrindən çıxarışın verilməsi üçün 150 manat dövlət rüsumu alınacaq.