19 C
Baku
Sunday, April 28, 2024

Azərbaycanda yeni iMac və MacBook Pro-ların öncədən sifarişinə start verildi

®Oktyabrın son günlərində Apple yüksək sürətli M3 çipi əsasında yeni MacBook Pro və iMac seriyasını təqdim etdi. Noyabrın 17-dən Azərbaycanda yeni məhsulların satışına başlanılacaq. Ancaq artıq noyabrın 10-dan rəsmi resellerlər öncədən sifarişləri qəbul etməyə başlayıblar. Həmçinin alıcılar üçün öncədən sifariş dövründə və satışın başlandığı ilk üç gündə xüsusi təklif var: Birbank taksi kartları ilə 27 ay faizsiz taksit imkanı.

Yeni iMac və MacBook Pro-nun özəllikləri barədə daha ətraflı danışaq.

MacBook Pro 14 in M3 Pro Silver Pure Front MacBook Pro 16 in M3 Pro Space Black Pure Back 2 up Screen USEN

İnnovativ M3 prosessorları

Apple-ın yeni məhsullarının əsas elementi yeni M3 seriyalı prosessorlardır. Bunlar Apple brendinin tamamilə yeni texnologiyadan istifadə etməklə hazırlanmış ilk çipləridir. Yeni texnologiya sayəsində çiplər daha sürətli, daha güclü və enerjiyə qənaət edən olublar. Buna görə də, onlar istifadəçilər üçün daha çox imkanlar açır.

Apple ekspertləri bildirirlər ki, çiplər 30% daha səmərəlidirlər. Onların gücü həm də süni intellektlə bağlı proqramların hazırlanması üçün kifayətdir. Ancaq maşın öyrənməsi və ya buna bənzər bir şey etməyi planlaşdırmasanız belə, peşəkar proqramlar və oyunlarda iş sürəti, qrafika ilə işləyərkən yüksək performans və batareyanın ömrü sizi mütləq qane edəcək.

MacBook ProMacBook Pro 14 in M3 Pro Silver Pure Front MacBook Pro 16 in M3 Pro Space Black Pure Front 2 up Screen USEN

Apple şirkəti M3 prosessoru ilə təchiz edilmiş 14 və 16 düymlük MacBook Pro-nun təqdimatı ilə peşəkar noutbuklar seriyasını yeniləyib. Kompüterlər 40% sürətləndi və 22 saata qədər şarj edilmədən işləyə bilir. Bu, innovativ inkişaflar sayəsində əldə olunan Mac tarixində ən uzun batareya ömrüdür. Yeri gəlmişkən, noutbuklar enerji mənbəyinə həm qoşulmuş, həm də qoşulmamış halda eyni sürətlə işləyir.

Dəyişikliklər arasında həmçinin M3 Pro və M3 Max çipli modellər üçün əlçatan olan 20% daha parlaq Liquid Retina XDR displeyi və yeni Space Black rəngi var.

iMac

iMac 24 in Family 7 up Hero Horizontal Screen USEN

Heç kimə sirr deyil ki, Apple all-in-one kompüterləri yaradıcı iş üçün ən çox istifadə olunur. İndi siz bunu daha sürətli və daha səmərəli edə bilərsiniz, çünki iMac-in yeni versiyası həm də innovativ M3 prosessoru ilə təchiz olunub. Bunun sayəsində məhsuldarlığı əhəmiyyətli dərəcədə artırmaq mümkün oldu. Maksimum ayırdetmədə eyni vaxtda 12-yə qədər video axını emal etmək? Asanlıqla! Photoshop-da fotoşəkillərlə işinizi sürətləndirmək? Buyurun – iki dəfə daha sürətli!

Yeni məhsul 24 giqabayta qədər operativ yaddaşı və 2 terabayta qədər daxili yaddaşı dəstəkləyir. O, həmçinin Bluetooth 5.3 və Wi-Fi 6E dəstəyi ilə yenilənmiş rabitə modullarını aldı.

iMac 24 in Family 7 up Hero Vertical Screen USEN

Siz orijinal “Apple” qadcetləri və aksesuarlarını Azərbaycanda rəsmi resellerlərdən ala bilərsiniz: “iSpace”, “Kontakt Home”, “Irshad”, “Baku Electronics”, “Bytelecom”.

Yeni MacBook Pro və iMac-ları Apple-ın Azərbaycandakı rəsmi resellerlərindən sifariş edə bilərsiniz: iSpace, Kontakt Home, Baku Electronics, Irshad, Myshops

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər