1 C
Baku
Saturday, December 14, 2024

Azərbaycanda yeni investisiya şirkəti təsis edildi – Vergilər Nazirliyinin sabiq əməkdaşı şirkətin rəhbəridir

Azərbaycanda yeni investisiya şirkəti təsis edilib.

Banker.az xəbər verir ki, bu, “Troni İnvestisiya Şirkəti” Qapalı Şəhmdar Cəmiyyətidir.

Şirkət, Bakı Şəhəri Nərimanov Rayonu, Koroğlu Rəhimov, ev 13B, m. 33 ünvanında dövlət qeydiyyatına alınıb.

Şirkətin nizamnamə kapitalı 360 000 manatdır.

“Troni İnvestisiya Şirkəti” QSC-yə Mübariz Əmiraslanov Rəhman oğlu qanuni təmsilçilik (direktor) edəcək.

Mübariz Əmiraslanov  2018-ci ilin əvvəlinə qədər Vergilər Nazirliyində Departamentin Ticarət fəaliyyəti ilə məşğul olan vergi ödəyiciləri ilə iş idarəsinin direktorunun müavini kimi çalışmışdır. Həmin tarixdə Mikayıl Cabbarov nazir təyin edildikdən sonra onun vəzifəsindən getməsi ilə yerli KİV-də məlumat qeyd edilmişdi.

 

Son xəbərlər
Digər xəbərlər