10 C
Baku
Tuesday, November 26, 2024

Azərbaycanda yeni layihələr başlayır – 1.6 milyard dollar yatırılacaq, 2000 yeni iş yeri açılacaq

2020-2023-cü illər ərzində Azərbaycan İnvestisiya Şirkəti (AİŞ)  tərəfindən yerli və xarici tərəfdaşlarla birgə əczaçılıq, qida emalı, logistika, alternativ enerji, dağ-mədənçilik və s. sahələr üzrə bir sıra layihələr həyata keçirilib.

“Banker.az”a bu barədə  İqtisadiyyat Nazirliyindən bildirilib. Belə ki, hazırda yüngül və ağır sənayə, əczaçılıq, alternativ enerji, qida emalı, dəniz suyunun duzsuzlaşdırılması, tullantıdan enerji əldə edilməsi, səhiyyə və s. sahələri əhatə edən BƏƏ-nin “Masdar”, Türkiyənin iri holdinqlərindən “Aksoy” və şüşə məhsulları və şüşə tara istehsalçısı “Gürok Group” daxil olmaqla ümumi investisiya dəyəri 2.3 milyard ABŞ dolları olan 22 layihə ilə əlaqədar tərəfdaşlarla danışıqlar aparılır və bu layihələrəin həyata keçirliməsi istiqamətində işlər görülür. Bu layihələrin icrası nəticəsində 1.6 milyard ABŞ dolları məbləğində birbaşa xarici investisiyanın cəlb edilməsi və 2000-ə yaxın yeni iş yerlərinin yaradılması nəzərdə tutulub.

Həmçinin dərman zavodunun tikintisi tamamlandıqdan sonra 50 nəfərin daimi işlə təmin edilməsi nəzərdə tutulub.  Ağdam rayonunda Şahbulaq daş karxanası layihəsinə 160-dan çox işçi cəlb edilib. AİŞ və Türkiyənin “Demirören Yatırım Holding A.Ş.” arasında Kəlbəcər və Laçın rayonlarında Həkəri və Tərtər çayları üzərində yerləşən 5 kiçik su elektrik stansiyasının bərpası və yenidən qurulması, uzun müddətə istismar və fəaliyyətinin təşkil edilməsinə dair Birgə İştirak müqaviləsi imzalanmışdır. Qeyd edilən stansiyalar fəaliyyətə başladıqdan sonra ən azı 60 nəfərin daimi iş yeri ilə təmin edilməsi gözlənilir.

Son xəbərlər
Digər xəbərlər