Azərbaycanda yeni medallar təsis edilib.
Prezident İlham Əliyev bununla bağlı “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” qanuna dəyişiklikləri təsdiqləyib.
Beləliklə, dəyişikliklə Azərbaycan Respublikası Minatəmizləmə Agentliyinin 25 illiyi (1998-2023)”, Azərbaycan Respublikası Prezidentinin təhlükəsizliyini təmin edən orqanın 30 illiyi (1993-2023)”, Azərbaycan Respublikasının strateji obyektlərin mühafizəsi orqanlarının 30 illiyi (1993-2023)” və “Azərbaycan Respublikasının xüsusi rabitə və informasiya təhlükəsizliyi orqanlarının 30 illiyi (1993-2023)” ilə əlaqədar yubiley medalları təsis edilib.