16 C
Baku
Monday, October 28, 2024

Azərbaycanda yeni milli etalon laboratoriyaları yaradılacaq

Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin tabeliyində olan “Azərbaycan Metrologiya İnstitutu” (AzMİ) publik hüquqi şəxs metrologiya sahəsində ölçmə imkanlarının artırılması məqsədilə yeni layihəyə start verib. Layihəyə uyğun olaraq, yaradılacaq laboratoriyalarda sənaye və digər sahələrdə dəqiq ölçmələrin əhatə dairəsi genişlənəcək.

Banker.az bu barədə Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə istinadən xəbər verir.

Dövlət Xidmətindən verilən məlumata əsasən, layihə çərçivəsində həmçinin, AZMİ ilə Türkiyə Elmi və Texnoloji Tədqiqat Şurasının Milli Metrologiya İnstitutu (TÜBİTAK UME) arasında əməkdaşlıq edilir.

Son xəbərlər
Digər xəbərlər