Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanda yeni nəsil nəzarət-kassa (NKA) aparatları üzrə dövriyyə təxminən 17,976 milyard manat təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 11 % çoxdur.
Banker.az bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə istinadən xəbər verir.
Məlumata görə, bu il noyabrın 1-nə qədər ölkədə 102 205 yeni nəsil nəzarət-kassa aparatı quraşdırılıb.
“Yeni nəsil NKA-dan istifadə hesablaşmaların daha şəffaf aparılmasına, malların qanunsuz dövriyyəsinin qarşısının alınmasına və dövriyyəyə nəzarətin təmin edilməsinə imkan yaradıb”, – deyə məlumatda qeyd olunub.