İndiyədək ölkə ərazisində 67.755 ədəd yeni nəsil nəzarət-kassa aparatları (NKA) quraşdırılıb.
Banker.az bu barədə Dövlət Vergi Xidmətinin hesabatına istinadən xəbər verir.
Hesabata əsasən, 2022-ci ilin yanvar-iyul aylarında yeni nəsil NKA-lar vasitəsilə qeydə alınan dövriyyə 13 milyard 229 milyon 241,6 min manat olub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 60 faiz çoxdur.
Qeyd edək ki, yeni nəsil NKA-dan istifadə hesablaşmaların daha şəffaf aparılmasına, malların qanunsuz dövriyyəsinin qarşısının alınmasına və dövriyyəyə nəzarətin təmin edilməsinə imkan yaradır.