Dövlət Vergi Xidməti ölkədə yeni nəsil nəzarət-kassa aparatlarının (NKA) sayını açıqlayıb.
Banker.az Dövlət Xidmətinə istinadən xəbər verir ki, hazırda ölkə üzrə tətbiq edilən onlayn nəzarət-kassa aparatlarının (NKA) sayı 75 mindən çoxdur.
Dövlət Xidmətinin məlumatına əsasən, 2022-ci ilin yanvar-sentyabr aylarında yeni nəsil NKA-lar vasitəsilə qeydə alınan dövriyyə 16.9 milyard manatdan çox olub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 52.8% çoxdur.