Azərbaycanın yeni neobankı olacaq “ReBank” hazırlanır.
Banker.az-ın məlumatına görə, bankın verdiyi bütün xidmətləri göstərəcək. Əsas hədəf kütləsi isə texnologiyaya maraqlı insanlar, gənclər və KOB-lardır.
Yeni yaradılacaq “Rebank” neobank kimi fəaliyyət göstərəcək. Buna rəqəmsal və ya virtual bank da deyirlər. Bir qayda olaraq, neobankın fiziki ofisi olmur, qarşılıqlı əlaqə isə demək olar ki, bütünlüklə uzaqdan həyata keçirilir.
“Rebank”ın filialda xidməti olmayacaq, ümumiyyətlə filial olmayacaq. Bank partnyorunun hələ kim olacağı açıqlanmır.