23 C
Baku
Saturday, April 20, 2024

Azərbaycanda yeni ödəniş sistemi işə salınır

Azərbaycanda yeni ödəniş sistemi – Paymanat (paymanat.az) işə salınır.

Şirkətdən bildirilib ki, yaxın günlərdə ödəmə sisteminin prosessinq mərkəzi rolunda çıxış edəcək Expressbank ASC ilə müqavilə imzalanacaq: “Yaxın üç həftə ərzində Paymanat sisteminə mobil və stasionar rabitə, kommunal xidmətləri və s. ödəmə servisləri inteqrasiya olunacaq. Bununla yanaşı ay ərzində Android və iOS əməliyyat sistemləri üzərində çalışan qurğular üçün Paymanat mobil tətbiqi işə salınacaq”.

Bundan başqa, şirkət bildirib ki, istifadəyə Paymanat plastik kartları da veriləcək: “Bu kartları Expressbank ASC filiallarına müraciət edərək əldə etmək mümkün olacaq. Hal-hazırda test etmək üçün məhdud sayda kart buraxılıb.”

Paymanat kartı elektron pul kisəsi ilə birləşdiriləcək, bu da öz növbəsində qeydiyyatdan keçmiş istifadəçilərə virtual hüsab açmaq imkanını yaradacaq.

Elektron pul kisəsinin balansını MilliÖN və eManat terminalları vasitəsi ilə artırmaq mümkün olacaq.

Son xəbərlər
Document

Rəqəmsal Həlləri

  • ERP Sistemi
  • CRM Müştəri Bazası
  • POS Kassa və Satış
  • İcarə
  • Layihələr
  • Anbar
  • Maliyyə
  • İnsan Resursları
  • İstehsalat
  • Satınalma
  • Tapşırıqlar
  • Ticketing
  • Çağrı Mərkəzi
  • Analitika
  • Elektron Ticarət
  • ERP Sistemi
Digər xəbərlər