Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi Gəncə şəhərində yeni parkın salınması ilə bağlı həyata keçirilən tender müsabiqəsinə yekun vurub.
Banker.az xəbər verir ki, layihə çərçivəsində Gəncə şəhəri, Şah İsmayıl Xətai prospekti, 95 ünvanında tikiləcək parkın layihə-smeta sənədlərinin hazırlanması planlaşdırılır.
Satınalma müsabiqəsinin qalibi “BİMD” Qapalı Səhmdar Cəmiyyəti seçilib.
Dövlət Komitəsi ilə qalib şirkət arasında bağlanan müqavilənin ümumi dəyəri 109 000 manat təşkil edir.







