Bu ilin yanvar-fevral aylarında Azərbaycanda 2 163 kommersiya qurumu dövlət qeydiyyatından keçib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 13,2% çoxdur.
Banker.az xəbər verir ki, bu batrədə İqtisadiyyat nazirliyi yanında Dövlət Vergi Xidməti məlumat yayıb.
Məlumata görə, yeni kommersiya qurumlarının 84,9%-i elektron qaydada, 15,1%-i kağız daşıyıcılarında edilmiş müraciətlər əsasında qeydiyyata alınıb.
2 163 kommersiya qurumundan 89,8%-i yerli, 10,2%-i xarici investisiyalı müəssisələrdir. 364 kommersiya qurumunun ƏDV məqsədləri üçün qeydiyyata alınması təmin olunub.
Martın 1-nə dövlət qeydiyyatında olan kommersiya hüquqi şəxslərin 88,9%-i MMC, 1,5%-i SC, 1,2%-i kooperativ və s. formalarda yaradılıb. Yanvar-fevral aylarında yerli investisiyalı MMC-lərin e-qeydiyyatının xüsusi çəkisi 95,3% təşkil edib. Yeni qeydiyyat üsulu ilə (fin kod+mobil nömrə) 301 yerli investisiyalı MMC qeydiyyata alınıb. Bu üsulun ümumi qeydiyyatda xüsusi çəkisi 13,9%, yerli investisiyalı MMC-lərin qeydiyyatında isə xüsusi çəkisi 15,6% təşkil edib.