14 C
Baku
Saturday, November 23, 2024

Azərbaycanda yeni sənaye zonası yaradılacaq

Kəlbəcər şəhərinin ətrafında sənaye zonasının yaradılması nəzərdə tutulur.

Bunu Azərbaycan Respublikası Prezidentinin Laçın rayonunda xüsusi nümayəndəsi Məsim Məmmədov Kəlbəcərdə keçirilən Əlaqələndirmə Qərargahının Şəhərsalma məsələləri üzrə işçi qrupunun iclasından sonra jurnalistlərə bildirib.

O qeyd edib ki, sənaye zonasında müxtəlif tipli müəssisələrin tikintisi nəzərdə tutulur: “Bundan əlavə bir neçə müəssisələrdə sənaye zonaları üçün yerlər ayıracağıq. Kəlbəcər çox zəngindir. Burada kənd təsərrüfatı, turizm, emal sənayesi üçün imkanlar var”.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər