28.3 C
Baku
Tuesday, June 25, 2024

Azərbaycanda yeni salınacaq kənd belə olacaq – FOTO

“Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”na uyğun olaraq, yenidən salınacaq Qubadlı rayonu, Mahruzlu kəndinin konseptual layihəsi hazırlanıb.

Bu barədə Şərqi Zəngəzur 1 saylı Bərpa, Tikinti və İdarəetmə Xidmətindən məlumat verilib.

Layihənin öz təbiəti ilə ahəngdə, dayanıqlı kənd prinsipinə uyğun şəkildə hazırlandığı qeyd olunub.

Qeyd edək ki, kənd Qubadlı rayonunun mərkəzindən 19 kilometr məsafədə yerləşir. Kəndin layihələndirilən ümumi ərazisi 197 hektar təşkil edir. Gələcəkdə bu kənddə 2700-dən çox sakinin, başqa sözlə, 690 ailənin yaşaması planlaşdırılıb. Mahruzlu kənd inzibati ərazi dairəsində yerləşən Alaqurşaq və Muğanlı kəndləri də bu yaşayış məntəqəsinə daxil olmaqla layihələndirilib. Birinci fazada kənddə 145 evin tikilməsi və 649 nəfərin məskunlaşdırılması planlaşdırılır. Kənddə məktəb binası, uşaq bağçası, inzibati bina, klub icma mərkəzi, çoxfunksiyalı bina, bazar kompleksi, idman sağlamlıq mərkəzi, sənətkarlıq emalatxanası, tibb məntəqəsi, mərasim zalı, çayxana da yaradılacaq.

 

1694609653 376683488 266763939618905 6801003658032190670 n1694609672 376672399 266764159618883 5744986169362620332 n1694609703 374562276 266763979618901 6618665822969817710 n

Son xəbərlər
 ⁠
Digər xəbərlər