9 C
Baku
Monday, November 18, 2024

Azərbaycanda yeni seysmik mikrorayonlaşdırma xəritəsi hazırlanacaq

Azərbaycanda yeni seysmik mikrorayonlaşdırma xəritəsi hazırlanacaq.

Bunu AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli Xəzər dənizində baş verən zəlzələyə dair keçirdiyi mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, 2024-cü ilin yaz aylarında Fövqəladə Hallar Nazirliyi ilə birgə yeni seysmik mikrorayonlaşdırma xəritəsi ilə bağlı tədqiqat aparılacaq: “Yaponiyadan mütəxəssislər gələcək. Seysmik mikrorayonlaşdırma xəritəsi gündəmdədir. FHN əməkdaşları və yaponiyalı mütəxəssislərlə birgə gələn il işlərə başlanılacaq. Xəritənin tərtib olunması üzərində iş gedir”.

Fövqəladə Hallar Nazirliyi yanında Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin rəis müavini Elxan Əsədov isə vurğulayıb ki, seysmik xəritələrlə yanaşı, Bakı və Abşeron yarımadasında seysmik riskləri araşdıran xəritə də olacaq: “Yəni Bakı şəhərində yüksək maqnitudalı zəlzələdən sonra vəziyyətin necə olacağını biləcəyik”.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər