14 C
Baku
Saturday, April 27, 2024

Azərbaycanda yeni aqrar sığorta şirkəti yaradıldı, sədri açıqlandı

Azərbaycanda ilk dəfə olaraq ixtisaslaşdırılımış aqrar sığorta şirkəti – “Aqrar Siğorta Müştərək Siğorta Şirkəti” Açiq Səhmdar Cəmiyyəti təsis edilib. Şirkət 31 avqust 2020-ci il tarixində dövlət qeydiyyatına alınmışdır.

Bu barədə Banker.az-ın əldə etdiyi məlumatda deyilir.

Məlumata görə, “Aqrar Sığorta Müştərək Sığorta Şirkəti”nin nizamnamə fondu 2 187.5 min manat həcmində müəyyən edilib. Hər bir təsisçinin payı 312.5 min manat nəzərdə tutulub.

Müştərək şirkətin təsisçiləri – “Paşa Sığorta” ASC, “Qala Sığorta” ASC, “Meqa Sığorta” ASC, “Azərbaycan Sənaye Sığorta” ASC, “Xalq Sığorta” ASC, “AZSIĞORTA” ASC, “Bakı Sığorta” ASC şirkətləridir.

Sığorta şirkətinin İdarə Heyətinə sədr kimi isə Azər Kərimov Əvəz oğlu təyin edilib. A.Kərimov buna qədər “PAŞA Sığorta”da çalışıb.

“Aqrar Sığorta Müştərək Sığorta Şirkəti” Bakı şəhəri Xətai rayonu, Nobel Pr., Ev 175 ünvanında qeydiyyata alınıb.

“Azərbaycanda aqrar sığorta mexanizminin yaradılması üçün həyata keçirilən tədbirlər çərçivəsində mühüm addım atılıb”, bu barədə Banker.az-a Aqrar Sığorta Fondundan deyirlər.

“Aqrar sığorta haqqında” qanuna uyğun olaraq yeni şirkət aqrar sığorta sisteminin idarəedilməsini həyata keçirən idarəedici qurumdur. Şirkət sığortalılarla müqavilələrin bağlanması, hadisə ilə bağlı müraciətlərinin qəbul edilməsi və sistemin ümumi idarə edilməsini həyat keçirəcək.

“Aqrar Sığorta Müştərək Sığorta Şirkəti” Açıq Səhmdar Cəmiyyəti (ASC) ölkədə qeyri-həyat sığortası sahəsində fəaliyyət göstərən və ASC-nin fəaliyyətində iştirak etmək niyyətini bildirən 7 şirkət tərəfindən təsis edilib.

Təsisçi şirkətlər aqrar sığorta sistemində vasitəçi sığorta şirkəti kimi fəaliyyət göstərəcəklər.

“Aqrar Sığorta Müştərək Sığorta Şirkəti” ASC-nin yaradılmasından sonra sığorta fəaliyyəti üçün lisenziyanın əldə edilməsi məqsədilə Azərbaycan Mərkəzi Bankına (AMB) yekun müraciət ediləcək.

Aqrar Sığorta Fondu bildirir ki, ölkədə qeyri-həyat sığorta fəaliyyəti ilə məşğul olan digər şirkətlər də “Aqrar Sığorta Müştərək Sığorta Şirkəti” ASC-nin fəaliyyətində iştirak edə bilər.

 

 

 

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər