“Marja İnvest Bank Olmayan Kredit Təşkilatı” Məhdud Məsuliyyətli Cəmiyyəti nizamnamə kapitalını azaldır.
Banker.az xəbər verir ki, 11.05.2023 tarixindən “Marja İnvest Bank Olmayan Kredit Təşkilatı” MMC-nin nizamnamə kapitalı azaldılaraq 10 manat təşkil edir.
“Marja İnvest BOKT” MMC Bakı şəhəri Nizami rayonu, Azər Manafov, ev 16, m. 55 ünvanında dövlət qeydiyyatına alınıb.
BOKT-un nizamnamə kapitalı Azərbaycan Mərkəzi Bankı tərəfindən bank olmayan kredit təşkilatlarının lisenziya ala bilməsi üçün tələb edilən minimal məbləğ – 300 000 manat olmuşdur.
BOKT-un qanuni təmsilçisi İradə İbrahimova Hafiz qızıdır.