10 C
Baku
Thursday, December 12, 2024

Azərbaycanda yeni yaradılan universitetə 5 ixtisas üzrə ilk qəbul aparılacaq

Azərbaycan-Fransa Universiteti yeni tədris ilindən fəaliyyətə başlayacaq.
Təhsil Nazirliyinin mətbuat xidmətindən verilən xəbərə görə, bunu nazir Mikayıl Cabbarovdeyib.Azərbaycan-Fransa Universiteti üçün hər iki tərəfdən tərəfdaş universitetlərin müəyyən edildiyini söyləyən nazir qeyd edib ki, Azərbaycan tərəfindən Dövlət Neft və Sənaye universiteti, Fransa tərəfindən isə Strasburq Universiteti tərəfdaş seçilib.

M. Cabbarov bildirib ki, hər iki ölkənin digər ali təhsil müəssisələrinin də layihəyə qoşulması imkanı açıqdır: “Lakin bunun üçün müqavilə lazımdır. Bu il artıq universitetə tələbələrin qəbulu olacaq. 5 ixtisas üzrə qəbul planlaşdırılır. Yeni tədris ilinin başlamasına bir neçə ay qalmış bütün təşkilati və digər məsələlərin həlli nəzərdə tutulur. Hazırda binanın təmiri, Təhsil Nazirliyi tərəfindən tədris proqramlarının dəqiqləşdirilməsi, xarici və yerli müəllimlərin seçimi aparılır. Bu universitetdə tədris ilk illərdə ingilis dilində həyata keçiriləcək. Bu da öz növbəsində həm tədris alacaq tələbələrin, həm də müəllimlərin qısa zamanda ən müasir bilgilərlə yiyələnməsinə şərait yaradacaq. Bununla Azərbaycanda son iki il ərzində ikinci böyük xarici universitetin filialı yaradılır. Məqsəd ondan ibarətdir ki Azərbaycan vətəndaşları yüksək keyfiyyətli ali təhsili öz ölkələrində, yaxınlarından ayrılmadan əldə edə bilsinlər”.

APA

Son xəbərlər
Digər xəbərlər