7 C
Baku
Thursday, December 12, 2024

Azərbaycanda yeni zavodun təməli qoyuldu – xammala olan tələbatı ödəyəcək, idxalın qarşısını alacaq

12:29

Bu gün İmişli rayonunda təməli qoyulmuş pivəlik arpa emalı zavodunda İqtisadiyyat Nazirliyinə məxsus “Azərbaycan İnvestisiya Şirkəti” ASC 24 %, “PAŞA Holdinq” MMC-yə məxsus “Azərşəkər” MMC və “Azərsun Holdinq” MMC isə hər biri 38 % paya malik olacaq.

Bunu “Azərşəkər”in İdarə Heyətinin sədri Anar Mehdiyev bildirib.

Onun sözlərinə görə, İsveçrə texonologiyası ilə inşa olunacaq zavod Cənubi Qafqazda ilk belə müəssissə olacaq və dünya standartlarına uyğun məhsul istehsal edəcək.

A.Mehdiyev ixracla bağlı məsələyə də toxunub: “Regionda ən böyük istehlakçı Gürcüstandır. Bu ölkənin arpa səmənisina olan illik tələbatı 25 min tondur. Biz Gürcüstan bazarını hədəfləmişik. Bununla yanaşı, Mərkəzi Asiya və Yaxın Şərq ölkələrində də böyük bazar var. Zavod fəaliyyətə başlamamış bizə İraq və Əfqanıstan kimi ölkələrdən də müraciətlər var. Zavod fəaliyyətə başlayandan sonra bütün ixrac imkanlarını nəzərdən keçirəcəyik. Amma yerli bazarın tələbatının ödənilməsi əsas prioritetdir. Zavodun fəaliyyətə başlaması ilə yerli pivənin maya dəyərində bəzi optimallaşdırmalar ola bilər”.

***

11:30

Bu gün İmişli rayonunda yeni müəssisənin – pivəlik arpa emalı zavodunun təməli qoyulub.

Layihənin məqsədi Azərbaycanda pivə istehsalında dəyər zəncirinin yaradılmasıdır.

Yeni müəssisə İmişli Şəkər Zavodunun ərazisində, İqtisadiyyat Nazirliyinə məxsus “Azərbaycan İnvestisiya Şirkəti” ASC-nin iştirakı ilə inşa olunacaq. Burada ilkin mərhələdə illik 11 min ton, sonrakı mərhələdə isə 17 min ton pivəlik arpa (malt) emal ediləcək. Zavod Azərbaycanın pivə istehsalçılarının xammala olan tələbatını tam ödəyəcək.

İnvestisiya dəyəri 25 milyon manat olacaq müəssisədə 50 nəfər daimi işlə təmin ediləcək. Zavodun fəaliyyətə başlaması ilə pivəlik arpa üzrə idxalın qarşısı alınacaq və 10 milyon dollardan çox vəsait ölkəmizdə qalacaq.

Zavodda həmçinin 510 tondan artıq yem əlavəsi əldə olunacaq. Layihə çərçivəsində zavodun xammalının saxlanılması üçün 20 min tondan çox tutumu olan silo kompleksi inşa ediləcək, həmçinin Ağcabədi, İmişli və Füzuli rayonlarının 8 000 hektar ərazisində arpa, şəkər çuğunduru və ərzaqlıq buğda üzrə əkin işləri həyata keçiriləcək.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər