11 C
Baku
Monday, September 30, 2024

Azərbaycanda yeraltı su yataqları yenidən QİYMƏTLƏNDİRİLƏCƏK – SƏRƏNCAM

Azərbaycan Respublikasının ərazisində mövcud yeraltı su yataqlarının istismar ehtiyatları yenidən qiymətləndiriləcək.

Bu, Prezident İlham Əliyevin imzaladığı sərəncamla “Yerin təkinin geoloji öyrənilməsinə və mineral xammal bazasından səmərəli istifadəyə dair 2020 – 2024-cü illər üçün Dövlət Proqramı”na edilən dəyişiklikdə əksini tapıb.

Beləliklə, Ekologiya və Təbii Sərvətlər Nazirliyi 2022-2024-cü illərdə Azərbaycan Respublikasının ərazisində mövcud yeraltı su yataqlarının istismar ehtiyatlarının yenidən qiymətləndirilməsini təmin etməlidir.

 

 

Son xəbərlər
Digər xəbərlər