İqtisadiyyat Nazirliyi yanında Sahibkarlığın İnkişafı Fondu Azərbaycanda yerli istehsala dəstək tədbirləri çərçivəsində “Azər Corab” MMC-yə corab istehsalı fabrikinin yaradılması üçün 500 min manat güzəştli kredit ayırıb.
Banker.az xəbər verir ki, bu barədə nazir Mikayıl Cabbarov məlumat verib.
Onun sözlərinə görə, layihənin icrası nəticəsində 40 yeni iş yerinin yaradılması nəzərdə tutulub.