Maşın və avadanlıqların, avtomobil, qoşqu və yarımqoşquların istehsalı sahələrində 2025-сi ilin yanvaroktyabr aylarında 506,1 milyon manatlıq məhsul istehsal edilib.
Banker.az DSK-ya istinadən xəbər verir ki, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə maşın və avadanlıqların istehsalı 1,2 faiz, avtomobil, qoşqu və yarımqoşquların istehsalı isə 22,5 faiz azalmışdır.
2025-сi ilin yanvar-oktyabr aylarında 3280 ədəd və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 1153 ədəd az minik avtomobili istehsal olunmuşdur. 01.11.2025-ci
il vəziyyətinə hazır məhsul ehtiyatı 168 ədəd təşkil edir.
Yanvar-oktyabr aylarında əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə traktorların istehsalı 13,7 faiz, yük avtomobillərinin istehsalı isə 31,6 faiz azalıb.








