9 C
Baku
Wednesday, December 25, 2024

Azərbaycanda yol vergisi üzrə proqnoz 12% artırılır

2025-ci ildə Azərbaycanda dövlət büdcəsi gəlirlərinin 142,8 milyon manatının və yaxud 0,4%-nin yol vergisi üzrə daxilolmaların payına düşəcəyi proqnozlaşdırılır.

Bu barədə Maliyyə Nazirliyinin məlumatında bildirilib.

Məlumata görə, bu, 2024-cü ilin təsdiq olunmuş proqnozu ilə müqayisədə 12,1% çoxdur.

Yol vergisi üzrə daxilolmaların 105,8 milyon manatını və yaxud 74,1%-ni İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti, 37 milyon manatını və yaxud 25,9%-ni isə Dövlət Gömrük Komitəsi təmin edəcək. Bunlar isə 2024-cü ilin təsdiq olunmuş proqnozuna nisbətən müvafiq olaraq 17% çox və eynidir.

Xatırladaq ki, gələn il büdcə gəlirlərinin 38 milyard 316 milyon manat, büdcə xərclərinin isə 41 milyard 367,6 milyon manat olacağı gözlənilir.

MənbəREPORT
Son xəbərlər
Digər xəbərlər