Azərbaycan və İran yük avtomobilləri üçün qoşquların istehsalı üzrə zavod inşasına dair birgə latyihə reallaşdırmağl planlaşdırır. Bu barədə “Azərmaş” MMC-nin İdarə Heyətinin sədri Emin Axundov bu gün jurnalistlərə bildirib.
Onun sözlərinə görə, zavodun Azərbaycanda inşası planlaşdırılır.
Cümə günü “Azərmaş” və İranın “Maral treyler” şirkəti arasında Azərbaycanda yük maşınları üçün qoşquların reallaşdırılması üzrə distribyutorluğa dair saziş imzalanıb.
“Bir il ərzində Azərbaycanda qoşquların satışı təşkil olunacaq, sonra qoşquların istehsalı üzrə zavod inşa ediləcək”, – E.Axundov bildirib.
Onun sözlərinə görə, hələlik zavodun tikiləcəyi yer müəyyənləşdirilməyib.